• Bakı 26° C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

"Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı

İDMAN

20 Iyun 2026 | 17:08

Neftçi braziliyalı futbolçu ilə müqavilə imzaladı

"Neftçi" yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

"Ağ-qaralar" braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda ilə anlaşıb.

26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib. O, sonuncu klubu "Santa Klara"nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026