Mingəçevirdə yaşayış binasında yanğın baş verb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın az öncə 20 Yanvar küçəsi 23 saylı binanın dördüncü mərtəbəsindəki mənzillərdən birində baş verib.
Hadisə yerinə FHN-nin yanğınsöndürmə və həkim briqadası cəlb olunub.
İlkin məlumata görə, mənzil və blokdakılar təhlükəsiz əraziyə çıxarılıb.
Hazırda yanğın ocağının söndürülməsi üçün yanğınsöndürənlər tərəfindən müvafiq addımlar atılır. Faktla bağlı araşdırma başlanıb.
Murad İsmayıl
Bakı 



