• Bakı 23° C

    15.84 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Hindistan Hörmüz boğazından üç tanker keçirdi

DÜNYA

20 Iyun 2026 | 23:53

Hindistan Hörmüz boğazından üç tanker keçirdi

Hindistan bayrağı altında üzən üç tanker; “Deş Vaybhav”, “Deş Vibhor” və “Sanmar Herald” Hörmüz boğazından uğurla keçib və Hindistana doğru gedir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval məlumat verib.

"Təhlükəsiz keçid təmin edilib. Üç Hindistan tankeri Hörmüz boğazından uğurla keçib və Hindistana doğru gedir", - o bildirib.

Nazirin sözlərinə görə, gəmilər 860.000 tondan çox xam neft daşıyır və göyərtəsində 94 hind dənizçisi var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026