• Bakı 28° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Zaqatalada bədbəxt hadisə:KİŞİ YANDI

HADİSƏ

20 Iyun 2026 | 15:54

Zaqatalada bədbəxt hadisə:KİŞİ YANDI

Zaqatalada su hovzunu təmir edən 32 yaşlı kişi ağır yanıq xəsarəti alıb.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki,  hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

    Belə ki, rayonun Dağlı kənd nümayəndəliyində qeydiyatda olan, Aşağı Tala kəndində yaşayan 32 yaşlı Taleh Tahir oğlu İdrisov yaşadığı ünvanda su hovzunda təmir işləri aparan zaman təbi qazdan istifadə edib. Təbi qazla ehtiyatsız davranan T. İdrisov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

    T. İdrisova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) İkinci Təcili Tibbi Yardım şöbsəində lazımi tibbi yardım göstərilib, ona gövdənin 3-ü dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub. T. İdrisovun vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birini göndərilib.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Iyun 2026