Dünya Çempionatında növbəti oyun keçirildi.
Bakıvaxtı.az xəbər verir ki, D qrupunda keçirilən matçda Türkiyə millisi Paraqvay yığmasına məğlub olub.
Paraqvaylıların 1-ci hissədə vurduğu qol oyunun taleyini həll edib.
Beləliklə, Türkiyə-Paraqvay oyunu 0:1 hesabı ilə başa çatıb.
Bu məğlubiyyət nəticəsində Türkiyə millisi son turun nəticəsindən asılı olmayaraq qrupda qalacaq və növbəti mərhələyə çıxa bilməyəcək.
***
08:08
ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən futbol üzrə 2026-cı ilin Dünya Çempionatı davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Bakı vaxtı ilə saat 07:00-da Türkiyə - Paraqvay matçı start götürüb.
D qrupunda keçirilən bu matçda Türkiyə millisi hələ ki 0:1 hesabı ilə uduzur.
Paraqvay millisinin oyunçusu qırmızı vərəqə alaraq meydandan qovulub. Türkiyənin rəqibi meydanda 10 nəfər qalıb.
İlk hissə başa çatıb.
Oyun davam edir...
Bakı 



