ABŞ məhkəməsi Harvard Universitetinin iddiası əsasında Prezident Donald Trampın xarici tələbələrin universitetlərə qəbuluna qoyduğu qadağanı müvəqqəti olaraq dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, məhkəmənin qərarı hökumətin Harvard Universitetini sertifikasiyadan məhrum etməsinin qarşısını alır və ali təhsil müəssisəsinə ABŞ-da oxumaq istəyən əcnəbi tələbələrin qəbulunu davam etdirməyə imkan yaradır.
Xatırladaq ki, mayın 22-də Tramp administrasiyası Harvard Universitetinin xarici tələbə qəbulunu dayandırmışdı. Universitet isə bu qərara etiraz olaraq administrasiyaya qarşı məhkəmə iddiası qaldırmışdı.