Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya məğlub olub.
Bakıvaxtı.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 rəqibinə 1:2 hesabı ilə uduzub.
Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda keçirilib.
Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4.
Bakı 












