• Bakı 10° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Misirdə yanacaq böhranı yarandı
DÜNYA
28 Mart 2026 | 23:14

Misirdə yanacaq böhranı yarandı

Misir hökuməti regionda davam edən İranla müharibənin iqtisadi fəsadlarını yumşaltmaq məqsədilə ölkə daxilində sərt qənaət tədbirlərinə başladığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Misirin Baş naziri Mustafa Madbuli yanacaq və dizel istehlakı yüksək olan əsas dövlət layihələrinin icrasının ən azı iki ay müddətinə təxirə salındığını bildirib. Eyni zamanda, bütün dövlət nəqliyyat vasitələri üçün yanacaq limitləri 30 faiz azaldılıb.

Yeni qaydalara əsasən, xidmət və istehsalat sahələri istisna olmaqla, həm dövlət, həm də özəl sektor aprel ayı ərzində bazar günləri məsafədən (distant) iş rejiminə keçəcək. Müharibə davam edərsə, bu müddətin uzadıla biləcəyi vurğulanıb.

Misir rəsmiləri bildiriblər ki, ölkə münaqişədə birbaşa iştirak etməsə də, Yaxın Şərqdəki gərginlik enerji qiymətlərinin kəskin artmasına və idxaldan asılı olan ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Hökumət çətinlikləri kompensasiya etmək üçün növbəti maliyyə ilində minimum əməkhaqqının artırılmasını və sosial xərclərin genişləndirilməsini planlaşdırır.


SON XƏBƏRLƏR

28 Mart 2026