• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Putinin sabahkı andiçməsinə kimlər dəvət olunub?
DÜNYA
06 May 2024 | 14:31

Putinin sabahkı andiçməsinə kimlər dəvət olunub?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin andiçmə mərasimində iştirak edəcək xarici qonaqlar barədə məlumatı açıqlamaqdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, Peskov jurnalistlərə deyib ki, təfərrüatları Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakova açıqlanacaq və o, brifinq keçirəcək.

"Bilirsiniz, mən hadisələri qabaqlamayacağam, biz razılaşdıq ki, həmkarım Uşakov jurnalistlərə brifinqdə  bu barədə danışacaq", - Peskov deyib.

Prezident V.Putinin andiçmə mərasimi mayın 7-də keçiriləck.

Mart ayında Rusiyada prezident seçkiləri keçirilib və bu seçkilərdə hazırkı dövlət başçısı Vladimir Putin qalib gəlib.


SON XƏBƏRLƏR

18 May 2024