q
  • Bakı 17° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib
DÜNYA
14 May 2026 | 14:14

Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib

Rusiya Ukraynaya uzaqmənzilli dəqiq idarə olunan silahlar və hücum dronlarından istifadə edərək kütləvi zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ukrayna hücumlarına cavab olaraq, Rusiya ordusu Ukrayna müdafiə sənayesi obyektlərinə, hərbi aerodromlara və Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən yanacaq və nəqliyyat infrastrukturu obyektlərinə uzaqmənzilli dəqiq idarə olunan silahlar və hücum dronlarından istifadə edərək kütləvi hücum həyata keçirib: "Zərbənin məqsədlərinə nail olunub və bütün təyin olunmuş hədəflər məhv edilib".

    Rusiyanın kütləvi zərbə zamanı təxminən 1500 dron, "Kinjal", "İsgəndər" və "X-101" raketləri də daxil olmaqla, 50-dən çox raketdən istifadə etdiyi bildirilib.

    Kiyev, Xarkov, Odessa bölgəsindəki Çornomorsk limanı və bir neçə digər bölgə hədəfə alınıb.


    SON XƏBƏRLƏR

    13 May 2026