• Bakı 30° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Rusiya yenidən Ermənistana qaz verəcək
İQTİSADİYYAT
26 Iyul 2025 | 22:46

Rusiya yenidən Ermənistana qaz verəcək

Gürcüstanda aparılan təcili bərpa işlərindən sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 26-da saat 13:40-da Şimali Qafqaz – Cənubi Qafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Gürcüstanda müvəqqəti olaraq dayandırılan təbii qazın Ermənistana verilməsi bərpa edilib”, - məlumatda deyilib.

Qeyd edək ki, iyulun 24-də Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılmışdı./Axar.az


SON XƏBƏRLƏR

26 Iyul 2025