• Bakı 22° C

    14.47 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Sakinlərin narazılığına səbəb olan səki - Bərpa ediləcək
CƏMİYYƏT
04 Iyul 2025 | 16:02

Sakinlərin narazılığına səbəb olan səki - Bərpa ediləcək

Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində piyada səkisində parkinq zonasının qurulması ilə bağlı məlumat yayılıb.

Bakıvaxtı.az Qafqazzinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Vətəndaşlar bildirib ki, sözügedən ərazidə artıq parkinqin qurulması işlərinə başlanılıb. Sosial şəbəkə istifadəçiləri bunun ərazidə səkinin darlaşmasına səbəb olacağını, həmçinin avtobus zolağı üçün yer qalmayacağını qeyd ediblər. 

Məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ərazidə təşkil olunan cib ləğv olunur: “Səki tam şəkildə bərpa ediləcək. Aidiyyəti qurum tərəfindən artıq işlərə başlanılıb”. 


SON XƏBƏRLƏR