• Bakı 20° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Şəkidə ikimərtəbəli evdə yanğın
HADİSƏ
24 May 2025 | 21:06

Şəkidə ikimərtəbəli evdə yanğın

Şəkidə Qoxmuq kəndində yaşayış olmayan evdə yanğın baş verib.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən xəbər verir ki, rayonun Qoxmuq kənd sakininə məxsus ikimərtəbəli evdə yanğın olub. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqdakı tikililər mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

24 May 2025