60 yaşlı kişi 52 il əvvəl, 8 yaşında olarkın diş fırçası udub.
Bakıvaxtı.az “Leparisien.fr”ə istinadn xəbər verir ki, həmin vaxt o, valideynlərini narahat etmək istəməyib və hadisəni gizli saxlayıb.
Bu şəxs o vaxt inanıb ki, diş fırçası illər keçdikcə mədəsində əriyib həzm olunacaq. Amma bu ilin iyun ayında mədəsində şiddətli ağrılardan əziyyət çəkən bu şəxs xəstəxanaya gedib və həkimlərə hadisəni danışıb. Mütəxəssislər yoxladıqdan sonra inanmaqda çətinlik çəkiblər: diş fırçası hələ də orada, xəstənin nazik bağırsağında qalıb. Daha sonra 80 dəqiqə davam edən endoskopik əməliyyat aparıblar və 17 sm-lik obyekti çıxarıblar.
Həkim Dr. Zhou fırçanı udmağın ölümcül ola biləcəyini deyib:
“Normal şəraitdə fırça fırlana, nazik bağırsağın daxili toxumalarına basa və nəticədə onu perforasiya edə bilərdi. Xoşbəxtlikdən müalicə olunan adamda fırça onilliklər ərzində yerindən tərpənməyib”.
Xəstəxana, bunun həzm sistemindən çıxarılan ən uzun yad cisimlərdən biri olduğunu açıqlayıb.
Aydın Baxış