• Bakı 27° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Şuşanın Böyük Qaladərəsi kəndində yanğın qısaqapanmadan yaranıb - YENİLƏNİB
HADİSƏ
26 Iyul 2025 | 18:10

Şuşanın Böyük Qaladərəsi kəndində yanğın qısaqapanmadan yaranıb - YENİLƏNİB

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

 

***14:48

Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, əraziyə FHN - nin yanğınsöndürən briqadaları cəlb olunub. Aparılan tədbirlər nəticəsində yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib. Aparılan işlər nəticəsində yanğın söndürülüb.


SON XƏBƏRLƏR

26 Iyul 2025