"Titanik” gəmisinin sərnişininə məxsus xilasedici jilet hərracda 715 min dollara satılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb.
Bildirilib ki, bu, Atlantik okeanında qəzaya uğramış gəmidən günümüzə qədər qorunub saxlanılan nadir xilasedici jiletlərdən biridir. Jilet ilk dəfə İngiltərənin Uiltşir qraflığının Deyvayziz şəhərində hərraca çıxarılıb.
Məlumata görə, jilet birinci sinif sərnişini Laura Mabel Fransatelliyə məxsus olub. O, “Titanik” aysberqlə toqquşduqdan sonra xilasedici qayıqla gəmini tərk edərkən bu jileti geyinib. Əşya uzun illər Fransatellinin ailəsində saxlanılıb, daha sonra isə şəxsi kolleksiyaçı tərəfindən əldə edilib.
Bakı 












