q
  • Bakı 16° C

    8.77 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Türkiyədə əməliyyat: Yük gəmisində 106 kiloqram kokain tapıldı
DÜNYA
19 Aprel 2026 | 13:54

Türkiyədə əməliyyat: Yük gəmisində 106 kiloqram kokain tapıldı

Türkiyədə təhlükəsizlik qüvvələri Panama bayrağı altında üzən yük gəmisində 106 kiloqram kokain aşkarlayıblar.

Bakıvaxtı.az DHA agentliyinə istinadən xəbər verir ki, narkotik maddələrin ələ keçirilməsi əməliyyatında Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, Jandarmeriya və Sahil Mühafizə Qüvvələrinin əməkdaşları birgə iştirak ediblər.

Bildirilir ki, sözügedən gəmi Kocaeli sahillərindən İstanbul istiqamətində hərəkət edərkən Sahil Mühafizə Qüvvələri tərəfindən dayandırılıb.

Gəmidə aparılan axtarış zamanı konteynerlər arasında gizlədilmiş 106 kiloqram kokain aşkarlanaraq müsadirə edilib. /oxu.az


SON XƏBƏRLƏR

18 Aprel 2026