• Bakı 27° C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Ukrayna Leninqrada hücum etdi: dağıntı, yanğın...
DÜNYA
27 Iyul 2025 | 11:42

Ukrayna Leninqrada hücum etdi: dağıntı, yanğın...

Leninqrad vilayətinin səmasında ondan çox PUA məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

“Leninqrad vilayətinə PUA hücumu dəf edilir. Ondan çox pilotsuz təyyarə artıq məhv edilib. Qatçina və Voyskovitski qəsəbəsində yanğınsız və itkisiz dağıntılar qeydə alınıb. Lomonosovski rayonunda vurulan PUA-nın dağıntıları özəl sektorda binalarda yanğına səbəb olub. Yanğın lokallaşdırılıb”, - Drozdenko Teleqram kanalında yazıb.

Qubernator qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi, Leninqrad Regional Yanğından Mühafizə və Xilasetmə Xidməti və meşə yanğından mühafizə xidməti yüksək hazırlıq vəziyyətinə gətirilib./axar.az


SON XƏBƏRLƏR

26 Iyul 2025