• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

WhatsAppdan daha bir YENİLİK
MULTİMEDİA
26 May 2026 | 22:03

"WhatsApp"dan daha bir YENİLİK

"WhatsApp" AI ilə qarşılıqlı əlaqələrini genişləndirir və iPhone istifadəçiləri üçün süni intellekt köməkçisinə sənəd paylaşma funksiyasını təqdim etməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda "WABetaInfo" (WBI) məlumat yayıb.

Məlumata görə, bu yeni funksiya istifadəçilərə faylları birbaşa bota göndərməyə və sənədin məzmununa əsasən daha dəqiq cavablar almağa imkan verəcək.

Bu funksiya vatsapın iOS 26.20.10.72 üçün TestFlight vasitəsilə əldə edilə bilən beta versiyasında aşkar edilib. Oxşar funksiya daha əvvəl tətbiqin sınaq versiyasında bəzi Android istifadəçiləri üçün mövcud idi.


SON XƏBƏRLƏR