Yevlax şəhərində ağır yol qəzası olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
"BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib və yol kənarında hərəkət edən baba ilə nəvəni vurub. Nəticədə nəvə hadisə yerində dünyasını dəyişib, baba isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Unikal
Bakı 












