• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

"12 yaşımda su satıb..." - Məşhur müğənni acı hekayəsini DANIŞDI

MƏDƏNİYYƏT

21 Avqust 2023 | 11:46

"12 yaşımda su satıb..." - Məşhur müğənni acı hekayəsini DANIŞDI

Türkiyəli məşhur sənətçi Mahsun Kırmızıgül konsert zamanı açıqlaması ilə diqqət çəkib.

Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, müğənni həmkarı Bərgənin "Sen affetsen ben affetmem" mahnısını səsləndirib. Ardınca isə Bərgənlə aralarında keçən dialoqu danışıb.

"12 yaşımda su sataraq velosiped aldım. Onu satdım və ilk albomumu çıxardım. İstanbuldan bir prodüser bəyəndi. İlk səhnə təcrübələrimi Bergenlə yaşadım və bunun çox xüsusi yeri var. Hər dəfə mahnı oxuyanda Bərgən ağlayır və mənə deyirdi: “Bu işi tərk etmə. Allah vergisi səsin var"".

Qeyd edək ki, uzun zamandır səhnələrdə olmayan Mahsun Kırmızıgül Bodrumdakı restoranlardan birində konsert verərək geri dönüş edib. 

Xəyalə Rza


"12 yaşımda su satıb..." - Məşhur müğənni acı hekayəsini DANIŞDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR