• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Beynəlxalq təşkilatlara və mediaya  ETİRAZ

CƏMİYYƏT

14 Sentyabr 2022 | 14:02

Beynəlxalq təşkilatlara və mediaya ETİRAZ

“Savaş zamanı mülki vətəndaşların təhlükəsizliyinin qorunması Azərbaycan üçün hər zaman proritet olub. Təəssüf ki, hələ də bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistanın feyk xəbərlərinə istinad edərək Azərbaycanı ittiham etməkdə davam edirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib. 

Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı nəinki təmas xəttində, hətta döyüş bölgələrindən uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərimizi raket atəşinə tutan Ermənistanı bir dəfə də olsun ittiham etməyənlər indi döyüşdə məhv edilən erməni hərbiçilərini "günahsız mülki sakinlər" kimi təqdim etməkdən belə çəkinmirlər:

“Məhz Ermənistanın raket və bombalar Vətən müharibəsində 100 mülki vətəndaşımızın həyatını itirməsinə və 416 nəfərin yaralanmasına səbəb oldu. Yalnız Ermənistanın raket ilə Bərdə şəhərini vurması nəticəsində 1 gündə 21 vətəndaşımız həyatını itirdi. O zaman bu hadisələri əksər aparıcı xarici media qurumları işıqlandırmadı. İndi isə hətta bəzi ölkələrin rəsmilləri belə feyk bəyanatlar verməkdə sanki yarışa çıxıblar. Azərbaycan işi haqq işidir. Münaqişənin həlli isə əsassız ittihamlar ilə deyil, ölkələrin bir-birlərinin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh müqaviləsi ilə mümkündür”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026