• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadı

CƏMİYYƏT

14 Oktyabr 2022 | 12:22

Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadı

“Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov məhkəməyə buraxılmayıb.

Bakıvaxtı.az  xəbər verir ki, vəkil iclasda iştirak etmək istəsə də, onun zala daxil olmasına imkan verilməyib.

Bundan əvvəlki iclasda isə vəkil məhkəməyə gecikdiyi üçün prosesə buraxılmayıb.

Xatırladaq ki, Elçin Sadıqov bir müddət əvvəl “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub.

Vəkil Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026