• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sahil Babayev  vətəndaşları qəbul etdi - FOTOLAR

CƏMİYYƏT

14 Oktyabr 2022 | 13:29

Sahil Babayev vətəndaşları qəbul etdi - FOTOLAR

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Samux rayonunda Samux və Göygöl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qəbuldan əvvəl S.Babayev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı müraciət edən vətəndaşların bir hissəsini şəhid ailələrinin üzvləri və müharibə veteranları təşkil edib.

Müraciətlər pensiya və ünvanlı sosial yardım, aktiv məşğulluq proqramlarına cəlb olunma, mənzillə təminat, əlillik və reabilitasiya, sosial xidmətlər və s. məsələlərlə bağlı olub.

Hər bir müraciətə fərdi qaydada baxılaraq araşdırılıb və nəticəsinə əsasən tədbirlər görülüb.

Vətəndaşların bir qisminin müraciətlərinə uyğun olaraq özünüüməşğulluq, ictimai işlər və digər aktiv məşğulluq tədbirlərinə, reabilitasiya və sosial xidmətlərə cəlb olunmaları və s. üçün qeydiyyatı aparılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahatlar verilib.


Sahil Babayev vətəndaşları qəbul etdi - FOTOLARSahil Babayev vətəndaşları qəbul etdi - FOTOLARSahil Babayev vətəndaşları qəbul etdi - FOTOLARSahil Babayev vətəndaşları qəbul etdi - FOTOLARSahil Babayev vətəndaşları qəbul etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026