• Bakı 14° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Dünya çempionatı: Siyasətçilər hansı ölkəyə azarkeşlik edirlər?

CƏMİYYƏT

23 Noyabr 2022 | 16:13

Dünya çempionatı: Siyasətçilər hansı ölkəyə azarkeşlik edirlər?

Futbol azarkeşlərinin diqqəti Qətərə yönəlib. Bu il dünya futbol bayramı - XXII dünya çempionatı Qətərdə keçirilir.

Maraqlıdır, Azərbaycan siyasətçiləri hansı ölkələrin yığmalarına azarkeşlik edir? Onların fikrincə, qalib hansı ölkə olacaq?

Bakıvaxtı.az millət vəkilləri və partiya rəhbərləri arasında kiçik sorğu keçirib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Mən futbola baxmıram. Ümumiyyətlə, yeni gənclər və idman nazirinin təyinatından sonra məndə idmana qarşı nifrət yarandı”.

Deputat Aqil Abbas:

“Mən həmişə Braziliyanın azarkeşi olmuşam. 1962-ci ildən dünya çempionatını izləyirəm və həmişə də Braziliyanın tərəfini saxlamışam. Təbii ki, Braziliyanın da  çempion olmağını istəyirəm. Amma məncə, bu dəfə çempion Almaniya olacaq. Dünən Fransanın da oyununu izlədim, çox gözəl oynayırdılar. Amma mən istərdim ki, finala Braziliya ilə Almaniya qalsın. Bəlkə Braziliya bu dəfə 7:1 uduzmağının heyfini çıxa bildi. Hələ Braziliyanın oyununu görməmişəm, dəqiq şərh vermək olmur. Hər çempionat bir futbolçunun çempionluğu ilə yadda qalır. Deyəsən, bu dəfə çempion Mbappe olacaq”.

 

Deputat Tahir Kərimli:

“Dünən Avstriya ilə Fransa oyununu izlədim. Düzdür, bizə düşmən olduqları üçün Fransanın uduzmağını arzulayırdım, baxmayaraq ki, orda müsəlman oyunçular da var. Mən istəyirəm ki, bu dünya çempionluğu Mərkəz Avropadan, Amerikadan sürüşsün müsəlman ölkələrinə. Məsələn, Səudiyyə Ərəbistanının qələbəsinə mən sevindim. 100 milyonlarla insan futbol azarkeşidir. Qərb ki müsəlmanları aşağılayır, elə müsəlmanların da qalib olmasını arzulayırm. Mən siyasət insanıyam, ideoloji adamam. Ona görə də istəyirəm ki, çempionluq bu dəfə Şərqə doğru gəlsin. Uşaq vaxtı istəyirdik ki, Almaniya, Braziliya udsun. Əsas da Peleyə azarkeşlik edərdik. Lakin artıq fikir dəyişib. Bir sözlə, məndə türk, müsəlman sevgisi, istəyi böyükdür. Ona görə də istəyirəm ki, qalib müsəlmanlar olsun ”.

Deputat Razi Nurullayev:

"Dünya çempionatını izləyirəm. Lakin bütün oyunlara baxa bilirəm desəm, yalan olar. Amma qol epizodlarını mütləq şəkildə internetdən izləyirəm. Çünki bütün oyunlara baxmağa vaxtımız yoxdur. Oyunlardan belə anlayıram ki, artıq futbolun mərkəzi Latın Amerikasından, Avropadan Asiyaya, Afrikaya transfer edə bilər. Məsələn, Səudiyyə Ərəbistanının Argentina ilə oyununu izlədim, Səudiyyə Ərəbistanı Argentinadan iki-üç dəfə gözəl oyun nümayiş etdirdi. İngiltərə oyununu da bəyənirəm, Fransa da güclü komandadır. Hesab edirəm ki, yenə də Avropa ölkələrindən biri çempion ola bilər. Fransanın çempionluğu saxlamaq imkanları mümkündür. İngiltərə süprizlər edə bilər. Hələ ki, Almaniyanın oyununu bu gün izləyəcəyik. Hal-hazırda kimin qalib gələcəyini söyləmək mümkün deyil. Biinci mərhələ bitdikdən sonra daha dəqiq şərh etmək, fikir irəli sürmək olar. Arzu edirəm ki, bir gün Azərbaycan komandasını da dünya çempionatında izləyək".

Ağ Partiyanın sədri Tural Abbaslı:

“Mən adətən belə turnirlərdə Azərbaycana və qardaş Türkiyəyə azarkeşlik edirəm. Düzdür, təəssüf ki, Azərbaycan adətən belə turnirlərə gedib çıxa bilmir, amma Türkiyə iştirak edə bilir. Lakin təəssüf ki, bu dəfə Türkiyə də bu turnirdən kənarda qalıb. Ona görə də bu dəfə din qardaşlarımız olan ölkələrə, yəni müsəlman dövlətlərinə azarkeşlik edirəm. Düzdür, adətən müsəlman ölkələri indiyə qədər zəif nəticə göstərirdi. Lakin dünən Səudiyyə Ərəbistanının Argentinanı udması, Tunisin heç-heçə etməsi sevindiricidir. Müsəlman ölkələri qrup mərhələsindən çıxa bilməsə, ya Braziliyanın, ya da Almaniyanın qalib olmasını istəyəirəm. Müsəlman ölkələri turnirdən çıxsa, həvəslə azarkeşlik etməyəcəm, amma hər halda indi futbola baxmaq naminə Almaniya və ya Braziliyanı tutacam”.

 

Deputat Fazil Mustafa:

“Mən futbol izləmirəm”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026