"ABŞ və bəzi Avropa ölkələrinin Ukraynaya silah, o cümlədən tanklar göndərməsini münaqişəyə birbaşa müdaxilə kimi qiymətləndiririk”.
Bakıvaxtı.az-ın xarici mətnuata istinadla məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov Almaniyanın Ukraynaya tank göndərəcəyi ilə bağlı məlumata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa paytaxtlarından və Vaşinqtondan daim bəyanatlar verilir ki, Ukraynaya müxtəlif silah sistemlərinin, o cümlədən tankların göndərilməsi heç bir halda bu ölkələrin və ya alyansın Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi demək deyil.
"Biz bununla qətiyyən razılaşmırıq və Moskvada qeyd etdiyim bütün alyans və paytaxtlar münaqişədə birbaşa iştirak kimi görünür", - deyə Peskov bildirib.
Nuranə









jpeg-1677308085.webp)





