Astarada dənizdə bir nəfər batıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb. Belə ki, dənizdə batan 1997-ci il təvəllüdlü Hüseynağa Səmədovun meyiti FHN-in dalğıcları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində tapılıb. Meyit adiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.
















