• Bakı 19° C

    9.25 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

"52 yaşımda necə boşanım?" - Nadir Qafarzadə

MƏDƏNİYYƏT

20 Aprel 2023 | 13:45

52 yaşımda necə boşanım? - Nadir Qafarzadə

"Gecdi, bizə ayrılmaq yaraşmaz. Bəzən görürəm ki, ahıl yaşda boşanırlar və deyirlər ki, həyat davam edir. İnsan həyatını yaşamalıdır. Həyat qurtarıb, nə yaşamaq?".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Səhər mərkəzi" verilişində deyib. Sənətçi ailə mövzularının verilişlərdə ictimailəşdirilməsini tənqid edib:

"Sevgi yaşa baxır, həddi var. 52 yaşında boşanıb nə edəcəyik? Necə boşanım? Həyat yoldaşım nə edəcək? "Çuvixa" deyil... Bir addımlamalıyıq. Adət-ənənəmiz belədir. O bakılı, mən dağlı. Bizdə çərçivələr olub, olacaq da. Nə qədər bizi müasirliyə aparsanız da, öz ənənəmizdən çıxmayacağıq. Camaat özü bilər, min oyundan çıxırlar. Müasirlikdir deyib, həyatımı yaşamalıyam? Həyat ailədə gözəldir. Kimə lazımdır bayquşluq? 30 ildir ailəliyəm. Allah ömür versin, 50-yə çataq. Fəxr edəcəhəm ki, 50 ildir bir qadınla ailəliyəm. 

Elə bir ailə yoxdur ki, söz-söhbət olmaz. Amma həmin söhbəti ictimailəşdirmək olmaz. Ailə söhbəti efirə gəlib. Milyonların arasında qırğın gedir. Yekə kişisən, abır-həyan olsun. Bir böyük yoxdur bunu yoluna qoysun".


SON XƏBƏRLƏR

17 May 2025