• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"8-9-cu sinifdə oxuyan qızlar narkotik aludəçisinə çevriliblər" - Deputat həyəcan təbili çalır

CƏMİYYƏT

15 Aprel 2022 | 12:19 | Müəllif: Qalib İbrahimoğlu

"8-9-cu sinifdə oxuyan qızlar narkotik aludəçisinə çevriliblər" - Deputat həyəcan təbili çalır

"Narkomaniyanın cəmiyyətə, ailələrə vurduğu ziyan günü-gündən artır".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, elə məhz boşanmaların, ailədaxili şiddətin, qətllərin çoxu da narkomaniya ilə bağlıdır: "Baxmayaraq ki, istər dünyada, istərsə də ölkəmizdə narkomaniya ilə ciddi mübarizə aparılır. Bu mənfi tendensiyanın məktəbyaşlı uşaqlar arasında genişlənməsi həyəcan təbili çalmağa əsas verir".

Deputat qeyd edib ki, narkomaniya artıq cavanlaşaraq 13-14 yaşlı uşaqlara da keçib: "Məktəblilər arasında narkotikə meyl edənlər az deyil. Araşdırmalara görə, 8-9-cu sinifdə oxuyan qızlar narkotik vasitələrin aludəçisinə çevriliblər".

Dediyinə görə, narkomaniya ilə mübarizə günü-gündən güclənməli, təbliğat kampaniyaları aparılmalıdır: "Çünki bu gün narkomaniyaya barmaqarası yanaşmaq gələcəyimizin, övladlarımızın məhvi deməkdir. Daha sağlam həyat üçün narkomaniyaya hamılıqla “yox” deməliyik".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR