• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

ABŞ husilərə məxsus raketi məhv etdi

DÜNYA

20 Yanvar 2024 | 20:46

ABŞ husilərə məxsus raketi məhv etdi

ABŞ Yəmənin “Ənsar Allah” (husilər) qruplaşması tərəfindən Ədən körfəzinə yönəlmiş gəmi əleyhinə raketi məhv edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edildiyi kimi, ABŞ qüvvələri özünümüdafiə məqsədilə raketi vurub.

Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR