Ukrayna ordusu Avdyevkanın itirilməsinin səbəblərini açıqlayıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabitlərindən biri bildirib
Qeyd olunub ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və maddi-texniki təchizatın məhv edilməsi səbəbindən Avdeevkanı itirib.
“Ruslar döyüş meydanını təcrid etməyi, yəni maddi-texniki bazamızı məhv etməyi öyrəniblər. Bu səbəbdən ön xətt bölmələrimizə lazımi miqdarda əlavə sursat verilməyib”.
Döyüşçü həmçinin qeyd edib ki, rus qoşunları onların zəif nöqtələrini səmərəli şəkildə müəyyənləşdirib və zərbə bölmələrindən istifadə edirək müdafiəni yarıb.
Ordunun zabiti əlavə edib ki, Rusiya qüvvələrinin mərmilərdə üstünlüyü var ki, ukraynalılar bunu FPV pilotsuz təyyarələri ilə kompensasiya edə bilmir.
Mina Mikayılova
















