Qitənin 55 ölkəsində eşşəklərin dərisi üçün kəsilməsi qadağan olunacaq.
Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, Afrika dövlət liderləri bazar günü Efiopiyada keçirilən Afrika İttifaqı sammitinin yekununda qadağanı təsdiqləyiblər.
Eşşəklərin dərilərindən daha çox “ejiao” adlı dərmanın hazırlanması üçün istifadə olunduğu bildirilib.
Qeyd edək ki, Çin təbabətinin "möcüzəvi dərmanı" sayılan "ejiao" əsasən qara uzunqulaq dərisindən hazırlanır.
Sübut olunmasa da, bəziləri “ejiao”nun yaşlanma əleyhinə və sağlamlığa faydaları olduğuna inanırlar. Onu istehsal edən Çin şirkətləri əvvəllər Çindən gətirilən eşşək dərilərindən istifadə ediblər. Ancaq ölkədəki heyvanların sayı kəskin azaldıqda, onlar xaricə üz tutublar.
2016-2019-cu illər arasında eşşəklərin təxminən yarısı ticarət üçün öldürülüb.
Günəş Mərd
















