• Bakı 15° C

    13.64 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

ABŞ-nin hərbi yardımı gərginliyi daha da artıracaq

SİYASƏT

24 Aprel 2024 | 13:15

ABŞ-nin hərbi yardımı gərginliyi daha da artıracaq

"ABŞ-nin hərbi yardımı müharibənin bitməyinə deyil, savaşın idarə olunmasına yönəlib".

Bunu Bakıvaxtı.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib.

Ekspertin sözlərinə görə, Ukraynanın və Zelenskinin taleyi ABŞ-ni maraqlandırmır. Siyasətdə daimi dostluqlar deyil, daimi maraqlar var. Bu kontekstdə ABŞ proseslərə ancaq öz maraqları naminə yanaşır.

“Uzun müddət idi ki, ABŞ Ukraynaya hərbi yardımı dayandırmışdı. Lakin bir neçə gün öncə Konqres bu yardımı yenidən bərpa etdi. Hərbi yardımın yaxın vaxtlarda Ukraynaya çatdırılması gözlənilir”. - deyə ekspert vurğulayıb.

ABŞ-nin hərbi yardımı Rusiya-Ukrayna savaşına nəcə təsir edə bilər?

K.Novruzov hesab edir ki, ABŞ-nin etdiyi hərbi yardım həlledici rola malik olmayacaq. Əksinə bu yardım gərginliyin daha da artmasına təkan verə bilər.

Müsahibimiz hesab edir ki, Ukrayna təxminən 4-5 aylıq Rusiyaya intensiv hücumlar edə bilər, amma proses bir müddətdən sonra təkrar dayanacaq:

“Hətta Ukrayna ərazi itkilərinə məruz qala bilər. Əslində ABŞ maliyyə ayırmaqla, öz təsir gücünü qorumaq istəyir”.

Kənan Novruzov: Müharibə Ukraynanın öz ərazilərini bərpa edəcəyi təqdirdə sona çata bilər

Kənan Novruzova görə, Rusiya-Ukrayna müharibəsi Ukraynanın öz ərazilərini bərpa edəcəyi təqdirdə sona çata bilər. Gedişat onu göstərir ki, bu savaş Üçüncü Dünya Müharibəsinin başlamasına və nüvə silahının tətbiqinə səbəb ola bilər.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya əlavə 60 milyard dollarlıq hərbi yardımı təsdiqləyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 May 2024