• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Abşeronun bu hissələrində qaz olmayacaq

CƏMİYYƏT

07 Avqust 2023 | 21:45 | Müəllif: Subhan Mahmudov

Abşeronun bu hissələrində qaz olmayacaq

Abşeron rayonunun sakinlərinin nəzərinə!

“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Masazır” QPS-də görüləcək təmir işləri ilə bağlı 08.08.2023-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi" və "Duz Zavodu" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, təmir işləri aparılan müddətdə Abşeron rayonu üzrə Xırdalan şəhəri ərazisində “Kristal-Abşeron” yaşayış kompleksinin, Masazır qəsəbəsinin, Masazır qəsəbəsi ərazisində yerləşən "Accord Gənclər şəhərciyi"nin, Valideyn himayəsindən məhrum olunmuş kimsəsiz məzunlar yaşayış binasının, Saray qəsəbəsi ərazisində “Saray-H” MTK-nın,  “Villa Badam”  yaşayış kompleksinin, həmçinin  Masazır Duz zavodu, “Bəhrə-2010” MMC, “Üzümçülük", “Qarant İnşaat”, “Zəhmət Ruzi" MMC, Mühəndislər Universiteti, Asfalt zavod, “S.N İnşaat”, “Mətanət A”, Palitra, “Səhyalı”, “Halal Nemət Min Bərəkət”, “İpəkyolu”, “Həsənoğlu”, “Azbentonit” sənaye müəssisələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR