Aparıcı Afaq Gəncəli əməliyyat olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda aparıcı Tural Əsədov "Səhər mərkəzi" verilişində deyib. O bildirib ki, əməliyyat ötən gün baş tutub:
"Dünən gedib Afaqa baş çəkdik. Yaxşıdır, hər şey yolundadır. Sabah artıq evə buraxılacaq".
Qeyd edək ki, Afaq səhhətində olan problemlə bağlı əməliyyat olunacağını və bir müddət efirdən uzaqlaşacağını açıqlamışdı.
















