• Bakı 15° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ağcaqanadla ötürülən epidemiya xəbərdarlığı

CƏMİYYƏT

25 Aprel 2024 | 10:24

Ağcaqanadla ötürülən epidemiya xəbərdarlığı

İqlim dəyişikliyi səbəbindən ağcaqanadlar vasitəsilə yayılan xəstəliklər bütün dünyada, xüsusən də Avropada sürətlə yayılır.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, qlobal istiləşmə ağcaqanadları daha isti, rütubətli şəraitlə təmin etdiyindən malyariya və dang qızdırması kimi xəstəliklərin tezliyi son 80 ildə kəskin şəkildə artıb.

İspaniyadakı Barselona Superkompüter Mərkəzindən professor Rachel Lowe xəbərdarlıq edib ki, ağcaqanadlarla yoluxan xəstəlik epidemiyaları yaxın bir neçə onillikdə Şimali Avropa, Asiya, Şimali Amerika və Avstraliyanın hazırda təsirlənməmiş hissələrinə yayılacaq.

O, Barselonada Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin qlobal konqresində məruzə ilə çıxış edərək dünyanın bu xəstəliklərin kəskin artmasına hazır olması barədə xəbərdarlıq edəcək. Deng qızdırması ilk tropik və subtropik bölgələrdə aşkar edilib. Çünki gecələr şaxtalı temperatur həşəratın sürfələrini öldürürdü. Uzun çəkən isti mövsümlər bu xəstəliyin dünyada ən sürətli yayılan virus xəstəliyinə çevrilməsinə və Avropada da yayılmağa başlamasına səbəb oldu.

Asiya pələng ağcaqanadları dang qızdırması yoluxdurur. 2023-cü ilə qədər Avropanın 13 ölkəsində (İtaliya, Fransa, İspaniya, Malta, Monako, San Marino, Cəbəllütariq, Lixtenşteyn, İsveçrə, Almaniya, Avstriya, Yunanıstan və Portuqaliya) yayılıb.

Ay Tac


SON XƏBƏRLƏR