• Bakı 14° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Akif Çovdarovun cinayət işi ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

30 Mart 2022 | 21:51 | Müəllif: Subhan Mahmudov

Akif Çovdarovun cinayət işi ilə bağlı AÇIQLAMA

Bakı Apellyasiya Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda bildirilib ki, kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş cinayət işi indiyədək Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmayıb.

Qeyd olunub ki, həmin işlə bağlı Bakı Apellyasiya Məhkəməsindən kütləvi informasiya vasitələrinə hər hansı məlumat verilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Ali Məhkəmə Akif Çovdarovun müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı kassasiya qərarını elan edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunaraq iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026