• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Azersun Holdinq”dən baş verən yanğınla bağlı VACİB AÇIQLAMA

CƏMİYYƏT

29 Aprel 2022 | 18:14 | Müəllif: Subhan Mahmudov

“Azersun Holdinq”dən baş verən yanğınla bağlı VACİB AÇIQLAMA

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəysə də, əməkdaşlar arasında xəsarət alan yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azersun Holdinq” MMC-nin yaydığı açıqlamada qeyd edilib. 

Bildirilib ki, istehsal müəssisələri yanğın baş verən ərazidən aralıda yerləşdikləri üçün onlara hər-hansı ziyan dəyməyib, həmişəki gücü ilə çalışırlar.

“Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər ehtiyatları mövcuddur. Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər-hansı çətinlik yaranmayacaq.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır, ictimaiyyət nəticələr barədə məlumatlandırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR