• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

10 aydır komada olan Vətən Müharibəsi qazisi VƏFAT ETDİ

CƏMİYYƏT

29 May 2022 | 13:57 | Müəllif: Subhan Mahmudov

10 aydır komada olan Vətən Müharibəsi qazisi VƏFAT ETDİ

Vətən Müharəsi qazisi, "Yaşat" Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra bu gün vəfat edib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən bildirir ki, qazi bu gün dünyasını dəyişib.

Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb.

Ötən ilin iyulun 5-də Türkiyəyə aparılıb, orada əməliyyat olunsa da, qəlpəni çıxarmaq mümkün olmayıb. İyulun 9-da komaya düşüb.

Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

"Azəriqaz"ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026