• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Rusiyadan 3-cü Dünya müharibəsi XƏBƏRDARLIĞI

CƏMİYYƏT

28 Iyun 2022 | 11:07 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyadan 3-cü Dünya müharibəsi XƏBƏRDARLIĞI

Ukraynada müharibə davam edərkən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hədə-qorxu kimi açıqlamalar verib. Rusiyanın qırmızı xəttini izah edən Medvedev 3-cü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın məlumatına görə,  Dmitri Medvedev deyib ki, Krım yarımadasına qaşı hər hansı bir ehtiyatsızlıq 3-cü Dünya müharibəsinə gətirib çıxaracaq. O, Krımın Rusiyanın bir hissəsi olduğunu deyərək, bildirib ki, Krıma təcavüz Rusiyaya qarşı müharibə elan etmək deməkdir:

"Əgər bunu NATO üzvü olan bir ölkə edərsə, bu, bütün Şimali Atlantika Alyansı ilə münaqişə, 3-cü Dünya müharibəsi deməkdir. Bu, tam bir fəlakətdir".

İsveç və Finlandiyanın mümkün NATO üzvlüyündən danışan Medvedev Rusiyanın cavab addımlarına hazır olduğunu bildirib və bu addımlar arasında adı çəkilən ölkələrin sərhədlərinə "İskəndər" hipersəs raketlərinin yerləşdirilməsinin də olduğunu vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026