• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər - Vəkildən AÇIQLAMA

CƏMİYYƏT

29 Aprel 2021 | 12:42

Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər - Vəkildən AÇIQLAMA

DTX tərəfindən keçirilmiş əməliyyat nəticəsində saxlanılmış və məhkəmənin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilmiş Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə də məsuliyyətə cəlb oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında vəkil-hüquqşünas Xəyal Bəşirov bildirib.

Vəkil bildirib ki, sabiq icra başçısı A.Məmmədov külli miqdarda dövlət əmlakını mənimsəməkdə, korrupsiyada, vəzifə səlahiyyətlərini aşaraq digər qanunsuz əməllər törətməkdə təqsirli bilinir:

“Alimpaşa Məmmədov dəyəri milyonlarla manat olan əmlakları çox cüzi – belə desək simvolik qiymətlərə öz oğlunun adına olan şirkətlərə satıb. Əgər Adil Adilzadənin hüquqazidd əməllərin törədilməsində şəxsən iştirak etməsi, hər hansı sənədləşmədə imza atması və digər qanunsuz hərəkətlər aşkarlanaraq sübuta yetirilsə, əlbəttə ki, o da məsuliyyətə cəlb olunacaq. Bütün bu məsələlər istintaqın gedişində məlum olacaq”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026