Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, mayın 31-dən “Bakı Metropoliteni”nin fəaliyyəti bərpa edilir. Karantin dövründə Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası təmir işləri başa çatdırılıb və Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.


Ramid İbrahimov
















