• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda maska taxmayan deputat CƏRİMƏLƏNDİ

CƏMİYYƏT

27 Iyun 2021 | 23:09

Azərbaycanda maska taxmayan deputat CƏRİMƏLƏNDİ

Səbail rayon Polis İdarəsi Milli Məclisin deputatı Ramil Həsənov, onu müşaiyət edən şəxslər və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev arasında bu gün səhər saatlarında Bakıdakı “Four Seasons” otelində baş vermiş çəkişmə barədə araşdırma aparıb

 DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Unikal.org-a bildirib ki, araşdırma nəticəsində həmin çəkişmədə 10 nəfərin iştirakı müəyyən olunub. Onların hamısı Səbail rayon Polis İdarəsinə dəvət olunublar. Araşdırma nəticəsində müəyyən olunub ki, otelin foyesində sözlü mübahisə baş verib.

Ancaq Milli Məclisin deputatı Ramil Həsənov karantin rejiminin tələblərini pozub və qapalı məkanda tibbi maskadan istifadə etməyib. Bununla bağlı deputat İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə cərimələnib. Vəkil Muxtar Mustafayevə isə xəbərdarlıq edilib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026