Sumqayıt şəhər sakini Etibar Hüseynov iddia edir ki, sahibsiz itlər təhlükə mənbəyinə çevrilib.
Bakıvaxtı.az-a müraciət edən sakinin sözlərinə görə, şəhərin Çorat qəsəbəsində tez-tez itləri görmək adı hala çevrilib. Bundan isə valideynlər narahatdırlar.
"Bu problemlə bağlı müvafiq quruma müraciət etmişəm. Dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin "Sumqayıt Təmizlik Departamenti” MMC-nin telefon nömrələrinə zəng edib şikayətimi bildirmişəm. Xəstəlik mənbəyi olan baxımsız itlər uşaqlara hücum etməyə cəhd edirlər. Uşaqların həyatına təhlükə var”,-deyə şikayətçi E.Hüseynov bildirib.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, adıçəkilən vətəndaş ötən gün müraciət edib: "Vətəndaşın müraciəti ilə bağlı müvafiq tədbir görüləcək".
Ramid İbrahimov
















