• Bakı 22° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

AMİP qurultayının vaxtını AÇIQLADI

SİYASƏT

21 Noyabr 2023 | 10:11

AMİP qurultayının vaxtını AÇIQLADI

Azərbaycan Milli İstiqlal Partiyası noyabrın 25-də növbədənkənar qurultayını keçirəcək.

Bunu Bakıvaxtı.az-a partiyanın sədri Arzxan Əlizadə deyib.

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” yeni qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyində partiya üzvlərinini reyestri təsdiqlənəndən növbəti 90 gün ərzində partiyanın qurultayının keçirilməsi və nizamnamənin yeni qanuna uyğunlaşdırılması nəzərdə tutulur: “Artıq bu istiqamətdə fəaliyyətimizi yekunlaşdırmaq üzrəyik. Nizamnamə yenidən işlənilib. Bu həftənin sonund - noyabrın 25-nə partiyanın növbədənkənar qurultayı təyin olunub”.

AMİP sədri qeyd edib ki, qurultayda yeni nizamnamə təsdiq olunacaq: “Qurultayda müəyyən dəyişikliklər nəzərdə tutulur. Yeni nizamnamə təsdiq olunandan, qurultay qəbul edəndən sonra fəaliyyətimizi “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşdırmaq istiqamətində fəaliyyət göstərəcəyik”.

Aytac Aslan


SON XƏBƏRLƏR

27 Aprel 2024