• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Erməni mədəni irsinin dağıdılması”ndan danışılması riyakarlıqdır"

SİYASƏT

20 Dekabr 2023 | 10:30

“Erməni mədəni irsinin dağıdılması”ndan danışılması riyakarlıqdır"

Ermənistanın “erməni mədəni irsinin dağıdılması”ndan danışması ilk növbədə riyakarlıqdır.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyinin 2023-cü il 19 dekabr tarixli açıqlaması ilə əlaqədar bildiririk ki, Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qələmə verən Ermənistanın Azərbaycanın suveren əraziləri olan Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan danışması ilk növbədə riyakarlıqdır.

Son günlər Ermənistan rəsmilərinin ən azı sözdə tez-tez sülhdən bəhs etməsi fonunda Xarici İşlər Nazirliyinin Azərbaycanı “blokada”, “təcavüz”, “etnik təmizləmə”də ittiham etməsi, “Dağlıq Qarabağ xalqı” kimi qondarma, 2020-ci ildən əvvəlki ifadəni yenidən dövriyyəyə çıxarması Luis Okampo təfəkküründə olan erməni diplomatiyasının destruktiv mahiyyətini və sülh prosesini pozmağa çalışmasını göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR