• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransa şirkətləri Azərbaycandan çıxarılsın - Parlamentdən ÇAĞIRIŞ

SİYASƏT

18 Yanvar 2024 | 10:39 | Müəllif: Qalib İbrahimoğlu

Fransa şirkətləri Azərbaycandan çıxarılsın - Parlamentdən ÇAĞIRIŞ

Fransa şirkətlərinin Azərbaycandan çıxarılması istənilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.

Bəyanatda Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edilib:

1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin.

2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.

3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.

4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.

5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026