• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Paris üçün ən münasib müstəmləkə ölkəsi Ermənistandır

SİYASƏT

18 Yanvar 2024 | 16:22 | Müəllif: Qalib İbrahimoğlu

Paris üçün ən münasib müstəmləkə ölkəsi Ermənistandır

Xəbər verdiyimiz kimi, Fransa Senatı Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, layihənin lehinə 295, əleyhinə isə 1 səs verilib. Qətnamə layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və ermənilərin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur.

Şübhəsiz, Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi heç bir əhəmiyyətli siyasi-hüquqi nəticə doğura bilməz. Əksinə, bu kağız parçası Parisin Qafqaz siyasətinin iflasının göstəricisidir.

Rəsmi Bakı Fransa Senatının həyasızlığını cavabsız qoymayıb. Belə ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi də Fransa Senatının qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Bəyanatda deyilib ki, son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşib: "Fransa beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir. Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər".

Parlament Azərbaycan hökumətindən Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istəyib. Həmçinin, Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə TOTAL da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması ilə bağlı çağırış edilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü Asim Mollazadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Fransanın indiki hakimiyyəti hələ də imperiya xülyası ilə yaşayır.

Asim Mollazadə: Fransa əslində Ermənistanı faciəyə sürükləyir

Deputat vurğulayıb ki, son aylarda Fransa bütün müstəmləkələrindən qovulmaqdadır. Onun sözlərinə görə, Fransa uzun illər boyu təzyiq altında saxladığı, sərvətlərini istismar etdiyi bir çox regiondan uzaqlaşdırılır. Bununla yanaşı, daxildə, Korsikada da azadlıq mübarizəsi gedir:

“Təbii ki, bunlar da Parisin uğursuz siyasətinin nəticəsidir. Ölkədə ciddi sosial-iqtisadi problemlər var. Bu problemləri həll edə bilməyən hakimiyyət əhalinin diqqətini başqa istiqamətlərə yönəltməyə çalışır. İmperialist oyunlara əl atır. Fransa maraqlarını təmin etmək üçün özünə yeni region və müstəmləkə ölkəsi axtarır. Paris üçün ən münasib müstəmləkə ölkəsi Ermənistandır. Çünki Ermənistanda türkofobiya, islamafobiya çox güclüdür. Məhz bu məqamlara görə Fransa öz ambisiyalarını reallaşdırmaq üçün erməniləri seçib. Ancaq fransızlar bu bölgədə heç bir uğur qazana bilməyəcəklər".

Deputat vurğulayıb ki, rəsmi Paris erməniləri öz ambisiyalarına qurban edir:

"Fransa əslində Ermənistanı faciəyə sürükləyir. Çünki erməni lobbisinə yeni "erməni faciələri", "genosid" mahnıları lazımdır ki, maliyyə toplaya bilsinlər. Fransada mövcud olan siyasi korrupsiya reallıqları da onların maraqlarına cavab verir. Ermənistan hökuməti bunu dərk etməlidir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR