• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

HADİSƏ

05 Iyul 2023 | 16:42

Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər (hər biri kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən  bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda vəziyyəti stabil olan 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, vəziyyəti ağır olan 1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir.

 

15:40

Füzuli rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yol qəzasına düşüb.

Bu barədə Bakıvaxtı.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026