Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Qeyd edilib ki, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
***
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Sumqayıtda "Green House" şadlıq sarayında baş verən yanğın artıq söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, Bu barədə "Unikal"a şadlıq sarayından məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində şadlıq evinə çox ciddi ziyan dəyib.
O da qeyd olunub ki, yanğın elektrik naqillərində baş verən qısaqapanma səbəbindən baş verib.
15:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Sumqayıt şəhərində şadlıq evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
14:55
Sumqayıtda məşhur restoran yanır.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, "Green Haous" restoranında yanğın başlayıb.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Murad Məmmədli












jpg-1693655986.webp)
jpg-1693652130.webp)
jpg-1693645345.webp)


